Resept:Bibər kababı
Bibər kababı — Azərbaycanın milli yeməyi. Ət məhsullarından hazırlanmış kababların yanında qarnir kimi verilir.
Hazırlanma qaydası
redaktəİri, sağlam və sulu bibərlər götürülür. Yuyulduqdan sonra şişə keçirilir və ya izqaraya qoyulur. Alovları azalıb köz olmuş manqalın üzərinə qoyulur. Bibərlərin yanmaması üçün arada çevrilir. Bibərlər bişib qabıqları yanıb qaralmağa başlayanda manqaldan götürülür. Süfrəyə verilərkən bibərlərin qabıqları bıçaq vasitəsi ilə qaşınaraq təmizlənir.