Resept:Gülkələmi turşusu

Gülkələmi turşusu - Azərbaycan mətbəxində istifadə olunan, gülkələmindən hazırlanan turşu növü

Lazım olan ərzaqlarRedaktə

  • 2 ədəd orta boy gülkələmi,
  • 10 su stəkan su,
  • 1 çay stəkanı iri duz,
  • 1 su stəkanı üzüm sirkəsi,
  • 5-6 diş sarımsaq,
  • 2-3 ədəd Kərəviz sapı,

HazırlanmasıRedaktə

Suyuqazana qoyub qaynadın. Duzunu əlavə edin. Su soyuduqdan sonra sirkəsini əlavə edin. Gülkələmləri çiçəklərinə ayırıb yuyun. Sarımsaqları arıtlayın. Gülkələmi və sarımsaqları bankalara yığın. Üzərinə suyu tökün. Kərəviz saplarını da ən üstə qoyun. Qapağını da qapadıb turşumasını gözləyin.

MənbəRedaktə

Həmçinin baxRedaktə