Resept:Şorqoğalı

Şorqoğalı

Şor qoğalıAzərbaycanda milli şirniyyat növü.

Lazım olam məmulatlar

redaktə

Xəmir:

  • Maya 30 qr
  • Yumurta 1 əd.
  • Qızdırılmış süd 0,5 l
  • Un təxminən 1 kq
  • Yağ 250 qr

Hazırlanma qaydası

redaktə

Şorqoğalı Azərbaycanın bir sıra rayonlarında Novruz, Ramazan bayramlarında və ehsanda mütləq süfrəyə qoyulur.

İç bir az undan, sarıkök, razyana, cirə, duzistiot əlavə edilərək hazırlanır. Bunların üstünə istilənmiş ərinmiş yağı çiləyin və kütləni yığın. Ələ alanda böyük bir "küftə" olur.

Şorqoğalıda kündələrin sayı mütləq deyil, amma 8-dən az olmamalıdır. Kündələr nazik yayılır, taxtanın üstünə qoyulub hər laya yağ sürtülür. Laylar üst-üstə yığılır. Ərimiş yağ bir qədər istilənmiş olmalıdır və içinə cirə və razyana tökülür. Sonuncu laya yağ sürtülmür. Layları iri kvadratlara doğrayıb onları rulet kimi bükülür, burub yastıladırsız və kisəcik şəklinə salınır. Kisəciyin içinə iç qoyub, qıraqlarını yığırsız və kökə şəklinə salıb üzüqoylu yığılır.

Ortasında işarə barmaqla çuxur açıb bir az içdən qoyulur. Səthinə çalınmış yumurta sürtülür, xaşxaş səpilir və 180 gr. selsiyada 20-25 dəg. bişirilir (qızaranadək).

Mənbə

redaktə