Resept:Badımcan turşusu

Tərkibi

redaktə

Badımcan üçün iç hazırlanması

redaktə

Badımcan üçün iç belə hazırlanır:sarımsağın qabığı soyulur, dilimlənib duzlanır (1 kq sarımsağa 50 q duz götürülür) həvəngdəstədə döyülür və ya xırda-xırda doğranılır, buna xırda-xırda doğranılmış şirin və acı göy istiot, cəfəri, nanə qatılıb qarışdırılır və zövqə görə duzlanır.

Hazırlanma qaydası

redaktə

Göyərtini yuyub, doğrayın. Doğranılmış sarımsağı göyərti ilə qarışdırıb, duz əlavə edin. Xırda badımcanları saplaqdan təmizləyib uzununa yarın, oraya duz səpin. Yarım saat saxlayın, sonra badımcanları yuyun. Suya duz əlavə edib qaynadın. Qaynar suya badımcanları atın. Əgər badımcanlar xırdadırsa, onda onları 2-3 dəqiqə qaynadın. Badımcanlar nə bərk, nə də yumuşaq olmalıdırlar. Pörtülmüş badımcanlar aşsüzənə yığılır, üzərinə ağır əşya qoyulub 3 saat saxlanlır. Hazırlanmış iç badımcanların arasına doldurulur, bankaya yığılıb üzərinə sirkə tökülür. Bankanı bağlayıb soyuq yerə qoyun.

Bankaya qoyulmuş hazır badımcanlar 1,5 aya yetişir.

Xarici keçidlər

redaktə